Ukrayna və Rusiyanın qarşılıqlı hücumları nəticəsində ölən və xəsarət alanlar var

Baş səhifə
Ukrayna və Rusiyanın qarşılıqlı hücumları nəticəsində ölən və xəsarət alanlar var

Ukrayna və Rusiyanın qarşılıqlı zərbələri nəticəsində hər iki tərəfdən ölən və xəsarət alanlar var.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, Rusiyanın Xerson vilayətinə hücumu nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Bundan başqa, Rusiya qüvvələri gecə saatlarında Ukraynanın enerji infrastrukturu obyektlərinə hücum edib. Çerniqov səlahiyyətlilərinin məlumatına görə, enerji obyektinin zədələnməsi nəticəsində regionun böyük hissəsi elektrik enerjisiz qalıb.