Türkiyəli müğənni İrem Derici saxlanılıb

Baş səhifə

Türkiyəli müğənni İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə Şişlidəki evində saxlanılıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 38 yaşlı sənətçi İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə Şişlidəki evində jandarma qrupları tərəfindən saxlanılıb.

Müğənninin vəkili Ayşegül Mermerin verdiyi açıqlamada, ifadə vermək üçün polis bölməsinə getdiklərini bildirib: “Hələlik işin mövzusu ilə bağlı bizə heç bir rəsmi məlumat verilməyib. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək”.