
Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti
Misirdəki Fələstinin “HƏMAS” hərəkatı ilə danışıqlar prosesinə
ümumilikdə nikbin yanaşır.
Trend-in
məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti xəbər
verib.
Netanyahunun ofisi “nikbin, lakin çox ehtiyatlı” yanışdıqlarını
bildirib.
“HƏMAS hər an maneələr yarada və danışıqları tərk edə bilər”, –
deyə əlavə olunub.
İsrailin strateji işlər naziri Ron Dermerin danışıqlara qoşulmaq
üçün çərşənbə günü Misirə gedəcəyi gözlənilir.


