Suriyada kürd silahlıları ilə atəşkəs razılaşması əldə olunub

Baş səhifə
Suriyada kürd silahlıları ilə atəşkəs razılaşması əldə olunub

Suriyanın müdafiə naziri Murhaf Abu Kasra kürd qüvvələri ilə hərtərəfli atəşkəsə nail olunduğunu bəyan edib.

Bu barədə “Report” qərb KİV-lərinə istinadən xəbər verir.

“Biz Suriyanın şimalında və şimal-şərqində bütün cəbhələrdə, hərbi məntəqələrdə hərtərəfli atəşkəs barədə razılığa gəldik”, – nazir bildirib.

Onun sözlərinə görə, atəşkəs dərhal qüvvəyə minəcək.