
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə xalis stabil maliyyələşmə
əmsalının (Net stable funding ratio) tətbiqinə başlayacaq.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru
Şahin Mahmudzadə maliyyə sabitliyi hesabatına dair keçirilən
mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda bununla bağlı konsepsiya
hazırlanmaq üzrədir.
Baş direktor vurğulayıb ki, bu da bank sektorunun uzunmüddətli
likvidliyini tənzimləməyə xidmət edəcək.
Xəbər yenilənəcək


