Bakı.Trend:
Ucar sakini yaşadığı evdə elektrik cərəyanının təsirindən
həyatını itirib.
Trend xəbər
verir ki, oktyabrın 6-da Zahidov İntiqam Vaqif oğlu yaşadığı Ucar
rayonu, Qaracallı kəndində yerləşən fərdi yaşayış evinin
həyətindəki su hovuzunda elektrik cərəyanının təsirindən ölüb.
Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

