UEFA bu mövsüm yerli oyunların xaricdə keçirilməsinə məcburən razılıq verib

Baş səhifə

Bakı. Trend:

UEFA, bu mövsüm Serie A və La Liga liqalarının hər birinə bir
oyunu xaricdə keçirməyə icazə verib.

Trend xəbər
verir ki, nəticədə Barselona – Villarreal oyunu dekabrda Mayamidə,
Milan – Komo qarşılaşması isə fevralda Avstraliyanın Perth
şəhərində keçiriləcək.

UEFA bildirib ki, bu qərar istisna hal kimi qəbul olunur və
gələcək üçün presedent yaratmamalıdır.




Ali futbol qurumunun prezidenti Aleksander Çeferin deyib ki,
liqa oyunları doğma torpaqda keçirilməlidir. Əks halda, sədaqətli
azarkeşlər kənarda qalır və yarışların ədalətinə xələl gələ
bilər.

Həmçinin qeyd olunub ki, gələcəkdə milli assosiasiyalar belə
müraciətlər etməzdən öncə qurumla məsləhətləşməlidirlər.