Uşaq istismarı ilə bağlı ictimai məsuliyyət artırılmalıdır –

Baş səhifə

“Uşaqların hüququ ailədə pozulmuş olarsa, dövlət bütün resursları üzrə məsələyə müdaxilə edir”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri, İnsan Hüquqları Komitəsinin sabiq sədri, Gürcüstan Parlamentinin üzvü, professor Sofia Kiladze Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə deyib.

BMT rəsmisi vurğulayıb ki, ailə uğursuz olduğu halda, cəmiyyət həmin ailədəki uşağa qarşı hamılıqla öhdəlik daşıyır. O, uşaq istismarı hallarının qarşısının alınmasında ictimai nəzarətin rolunu xüsusi qeyd edib:

“Ailədə uşaq istismar edilirsə, cəmiyyət bu məsələdə qanunların işləməsinə kömək etməlidir. Xüsusilə media və sosial şəbəkələrdə uşaq istismarı ilə bağlı hər hansı bir hal aşkarlayan şəxslər müvafiq qurumlara bu barədə məlumat verməyə borclu özünü hiss etməlidir. İctimai nəzarət mexanizmi öz sözünü deməlidir. Biz mübarizə apardıqca nəticə olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.