Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb

Baş səhifə

2025-ci il oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,8 faiz artaraq 837,8 min olub.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,7 faiz artaraq 56,9 min olub. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 faiz artıb və 228,5 min təşkil edib.