44 günlük Vətən müharibəsinin xronikası: 6 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən müharibəsinin oktyabrın 6-na olan
xronikasını təqdim edir:

– Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal”
televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi
bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud
Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

– Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Ordusunun dəqiq
atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi
silah-sursat anbarı məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində
gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı, D-20
artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin
sərrast atəşi ilə məhv edilib.

– Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan
ölkənin Nazirlər Kabinetinin iclasından sonra
bildirib ki, Hər bir hörmət edilən dövlətin vəzifəsi Azərbaycanın
işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda apardığı
mübarizəni dəstəkləməkdir.

– Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun
Çaxırlı kəndinin görüntülərini yayıb.

– Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin videogörüntülərini yayıb.

– Ermənistanın Ağdama atdığı mərmi nəticəsində FHN əməkdaşı xəsarət alıb

– Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən
erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

– Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti
müşavirədə deyib ki, düşmən tərəfindən “İsgəndər” raket
kompleksləri tətbiq olunacağı halda adekvat tədbir görüləcək.

DTX ölkəmiz əleyhinə hərbi əməliyyatlarda
iştirak edən terrorçuların radio danışıqlarını ələ keçirib.

– Ermənistan tərəfdən vuruşan daha iki muzdlu-terrorçu məhv edilib.

– Ermənistan Silahlı Qüvvələri Yevlax, GoranboyBeyləqan rayonlarını atəşə tutub.

– Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ
keçirdiyi düşmənə məxsus zirehli texnikaların videogörüntüləri yayılıb.

– Düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə
birlikdə dağıdılıb. Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab
gətirə bilməyən ermənilər döyüş mövqelərini tərk edərək qaçıb.

– Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən düşmən postu və
qənimətlərin yeni görüntülərini yayıb.