Rassel Formula 1 Sinqapur Qran Prisinin qalibi olub

Baş səhifə
Rassel Formula 1 Sinqapur Qran Prisinin qalibi olub

Mercedes komandasının britaniyalı pilotu Corc Rassel 2025 Formula 1 Dünya – Çempionatının 18-ci raundunda – Sinqapur Qran Prisində qalib gəlib.

“Report”un məlumatına görə, ikinci yeri “Red Bull”u təmsil edən niderlandlı Maks Verstappen tutub.

İlk üçlüyü McLaren-i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.

Qran Prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.