Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasından sonra bu
agentliklə Qahirədə imzalanmış saziş qüvvədən düşdüyü üçün İran
BAEA ilə əməkdaşlıqla bağlı yeni qərarlar qəbul etməyə məcbur
olacaq.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri
Abbas Araqçi bildirib.
“Bir neçə raund danışıqlardan sonra Qahirədə [BAEA ilə] razılıq
əldə olundu, lakin indi Qahirə razılaşması yeni reallıqlar, o
cümlədən “snapback” mexanizmi səbəbindən kifayət deyil və yeni
qərarlar qəbul ediləcək”, – deyə nazir Tehranda xarici diplomatik
missiyaların rəhbərləri ilə görüşdən sonra mətbuat konfransı
zamanı.

