Bakı. Trend:
İranın qərbində, Lorestan əyalətində İran Qızıl Aypara
Cəmiyyətinə məxsus helikopter qəzaya uğrayıb.
Trend-in
məlumatına görə, əyalətin Fövqəladə Hallar İdarəsinin rəhbəri
hadisə nəticəsində ən azı iki nəfərin həlak olduğunu bildirib.
Yaralanan xilasedicilərdən birinin vəziyyəti ağır
qiymətləndirilir.
Bundan əvvəl “IRIB” agentliyi qəzanın Lorestan vilayətinin
Oştoran Koh rayonunda baş verdiyini açıqlamışdı. Məlumata əsasən,
helikopter 2800 metr yüksəklikdə axtarış əməliyyatı zamanı qəzaya
uğrayıb.
Qeyd olunur ki, helikopter itkin düşən qadının axtarışına
göndərilib və hadisə zamanı təyyarədə səkkiz nəfər olub.

