Polşa Prezidenti Almaniya və Litva sərhədlərinə qoşun yerləşdirib

Baş səhifə

Bakı. Trend:

Polşa Prezidenti Karol Navrotski Almaniya və Litva ilə sərhəddə,
həmçinin buraxılış məntəqələrində qoşunların yerləşdirilməsi barədə
qərar imzalayıb.

Trend xəbər verir
ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.




Qərara əsasən, Silahlı Qüvvələr sərhədçilərə dəstək məqsədilə
xidmətdə olacaq.

Qoşunların Almaniya və Litva ilə sərhəddə 2026-cı il aprelin
4-dək qalacağı bildirilib.