
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Vaşinqtonda
Kanadanın Baş naziri Mark Karni ilə görüş keçirəcək.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Kanada Baş
nazirinin ofisi məlumat yayıb.
Görüşdə əsas müzakirə mövzularının iqtisadi və təhlükəsizlik
məsələləri olacağı bildirilib.
Xatırladaq ki, rəsmi Ottava bir neçə aydır ABŞ-la Kanada
mallarına tətbiq edilən bütün rüsumların ləğvini nəzərdə tutan yeni
iqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparır. Lakin bu
danışıqlar hələlik nəticəsiz qalıb.


