ABŞ narkokartellərə qarşı hərbi qanunlarla mübarizə aparacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası Pentaqona
Venesuela narkokartellərinə qarşı silahlı münaqişə qanunları
əsasında əməliyyatlara başlamağa göstəriş verib.

Trend xəbər verir
ki, bu barədə ABŞ KİV məlumat yayılıb.

“Prezident Müdafiə Nazirliyinə [narkokartellərə] qarşı silahlı
münaqişə qanunlarına uyğun əməliyyatlar keçirməyi tapşırıb”, – ABŞ
Konqresi nümayəndələrinin aldığı bildirişdə qeyd olunur.




Sənəddə bildirilir ki, ABŞ “kritik nöqtəyə çatıb və özünümüdafiə
və başqalarını qorumaq məqsədilə güc tətbiq etməyə məcburdur”.

“The Hill” nəşrinin yazdığına görə, sənəddə ABŞ hərbçilərinin
hədəfinə çevriləcək, terrorçu hesab olunan narkokartellərin konkret
adları göstərilməyib.