Qusarın Laza kəndinin yolu lil və palçıqdan təmizlənir (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi
ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil
axını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkət
hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində
müəyyən çətinliklərə səbəb olub.

Trend xəbər
verir ki, mövcud vəziyyətlə bağlı dərhal Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlb
edilib.

Agentlikdən bildirilib ki, görülən operativ tədbirlər
nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən
təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.




Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davam
etdirilir.

Xatırladaq ki, son günlər ərzində dağlıq ərazilərdən gələn lil
və palçıq axınınəticəsində yolun hərəkət hissəsinin çirklənməsi
halları mütəmadi olaraq müşahidə olunur. Lakin hər bir halda
Agentliyin əraziyə cəlb olunmuş texnikası və əməkdaşları tərəfindən
operativ müdaxilə həyata keçirilir və yol ilə hərəkət tez bir
zamanda bərpa olunur.