“Şərur MTK”nın sahibi barəsində verilən şikayət üzrə növbəti məhkəmə keçirilib

Baş səhifə

Bakı. Trend:

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu
İsfəndiyar”) barəsində xüsusi ittiham qaydasında verilən şikayət
üzrə məhkəmə prosesi davam etdirilib.

Trend xəbər
verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə ekspertiza
rəyi elan edilib.

Ekspertiza rəyində göstərilib ki, İsfəndiyar Axundov
müsahibələrində Emil Səməndərovun ünvanına şərəf və layəqəti
alçaldan təhqir formalı, ritolika, təsdiq verən sözlərdən istifadə
edib. Lakin nalayiq ifadələrə rast gəlinmir.

İsfəndiyar Axundovun vəkilləri ekspertizanın rəyinə etiraz edib
və rəyin ziddiyyətli olduğunu bildirib.

Vəkil bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutuna
linqvistik ekspertizaya göndərilməsi barədə vəsatət verib.

Emil Səməndərovun vəkili vəsatətin təmin olunmamasını
istəyib.




Məhkəmə vəsatəti təmin edib.

Daha sonra vəkil Asim Abbasov vəsatət verib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin eksperti Almaz
Bayramovanın məhkəyə çağrılmasını istəyib.

Məhkəmə vəsatətin baxılmasını təxirə salıb.

Məhkəmənin növbəti prosesi 16 oktyabra təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin
147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham
qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress
2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə,
İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi
təqdim edib.