Fabio Kannavaro Özbəkistan millisinin baş meşqçisi postuna keçir

Baş səhifə

Bakı. Trend:

Fabio Kannavaro Özbəkistan yığmasının baş məşqçisi postuna
keçməyə razılıq verib.

Trend-in
məlumatına görə, bu barədə insayder jurnalist Fabrisio Romano
bildirib.




Xatırladaq ki, Özbəkistan millisi 2026-cı ildə tarixində ilk
dəfə dünya çempionatında iştirak edəcək. Hazırda komandanın baş
məşqçisi vəzifəsini Timur Kapadze icra edir.

Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə İtaliya yığmasının
heyətində futbolçu kimi dünya çempionu olub və həmin ildə “Qızıl
top”a layiq görülüb.