Bu taksilərdə yenilik olacaq –

Baş səhifə

“Bolt” taksi sifarişi proqramında yeni kateqoriya – “video-müşayiət” istifadəçilərin diqqətini cəlb edib.

“Bolt”dan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xidmət ilk dəfə olaraq Azərbaycanda təqdim olunub və bir çox funksiyaları özündə birləşdirir.

Belə ki, bu kateqoriyadan sifariş verən sərnişinlər üçün səfər zamanı audio və video yazı aparılacaq, real vaxtda onlayn agent dəstəyi göstəriləcək. Həmçinin yaxınları üçün taksi sifariş edən sərnişinlərə əlavə rahatlıq və nəzarət imkanı yaradılacaq.

Qeyd olunub ki, yeni kateqoriya xüsusilə təhlükəsizlik baxımından əlavə təminat istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.