BNMİ-dən növbəti əməliyyat: 20 kq narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən İran vətəndaşları olan narkotacirlərlə əlbir
olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat
keçirilib.

Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonunda keçirilən əməliyyat zamanı
1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov
yaxalanıb




Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş
qurudulmuş marixuana aşkarlanıb. A.Yusifovun paytaxt ərazisində
narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi
qazanc əldə etdiyu müəyyən olunuh.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.