
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.
Metbuat.az xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan – Küveyt, Qazaxıstan – Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya – Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.
Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.
Yevlaxda boks, Xankəndində isə oxatma yarışları təşkil olunacaq.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

