
Kopenhagen. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi
Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə
işgüzar səfərə gəlib.
Trend xəbər verir ki,
Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham
Əliyevi və Birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər
qarşılayıblar.
Xəbər yenilənəcək


