Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərləri hələlik Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsi ideyası barədə ümumi fikrə gəlməyib.
“Report” xəbər verir ki, bunu Kopenhagendə jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Aİ ölkələrinin heç də hamısı planla razı deyil. Bizim hələ çox işimiz var”, – o bildirib.
Eyni zamanda, K.Kallas hazırkı vəziyyətdə qərar qəbul edilməsi üçün son tarix təyin etmək istəmədiyini qeyd edib.
“Mümkün qədər tez işləməyə çalışacağıq”, – Aİ-nin ali nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, 1-2 oktyabrda Kopenhagendə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü, sonra isə Avropa Siyasi Birliyinin 7-ci sammiti keçiriləcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

