Bakı. Trend:
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan və Qərbi
Azərbaycan vilayətlərinin arasındak – Urmiya gölünün ətrafında
yaşayan insanların təxliyəsinə başlanılır.
Trend-in
məlumatına görə, bunu İranın Su Sənayesi Federasiyasının Rəyasət
Heyətinin rəhbəri Rza Hacıkərim yerli mediaya açıqlamasında
deyib.
Onun sözlərinə görə, hazırda Urmiya gölündə duz qasırğası
başlayıb. Duz qasırğası və Günəş şüasına görə, istilik dərəcəsi
artır. Bütün bunlar Urmiya gölünün qurumasının mənfi
nəticələridir.
Hacıkərim deyib ki, Urmiya gölünün quruması bölgədə həyatı və
ekologiyanı məhv etmək üzərədir. Bu, hələ başlanğıcdır.
Federasiya rəhbəri qeyd edib ki, hazırda Urmiya gölü sanki ölüm
ayağında olan xəstəyə bənzəyir. Dərhal qabaqlayıcı addımlar
atılmalıdır.
“İran Urmiya gölünün xilası üçün beynəlxalq həll yollarından
istifadə etməlidir. Urmiya gölünün ətrafında 31 min hektar
təsərrüfat ərazisində yonca əvəzinə srateji məhsullar əkilərsə,
ərzaq təhlükəsizliyindən əlavə gölün təxminən 475 milyon kubmetr
suyuna qənaət etmək olar. Eyni zamanda gölün ətrafında alma
bağlarının salınması tamamilə dayandırılmalıdır”, – deyə o
bildirib.
Qeyd edək ki, 2 avqust 2025- ci il tarixində yayımlanan
statistikaya əsasən, Urmiya gölündə su səviyyəsi 1269 metr təşkil
edib. Səviyyənin son dövrdə 50 santimetr azaldığı bildirilir.

