Bakı. Trend:
ABŞ Dövlət Departamenti Avstraliyaya M142 HIMARS çoxsaylı
buraxılış raket sistemlərinin (MLRS) və əlaqəli avadanlığın
potensial satışını 705 milyon dollara təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq
Agentliyi açıqlama yayıb. Agentlik hökumətlərarası müqavilələr
əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdehdir.
Açıqlamada qeyd olunub ki, Avstraliya hakimiyyəti əvvəllər
ABŞ-dan 48 ədəd M142 HIMARS sistemi, nəqliyyat və yükləmə
maşınları, eləcə də digər avadanlıq və ehtiyat hissələrini tələb
etmişdi.
ABŞ administrasiyası potensial satış barədə qərarını Konqresə
çatdırıb. Qanunverici orqan bu sövdələşməni nəzərdən keçirmək və
onu təsdiqləyib-təsdiqləməmək üçün 30 gün müddətinə malikdir.

