Bakı. Trend:
Özbəkistanda trans-sərhəd marketpleysləri üçün ən yaxşı ssenari
yerli tərəfdaşlarla əməkdaşlıqdır.
Trend xəbər verir
ki, bunu “Oneziyo.AI”nin həmtəsisçisi və strateji müşaviri Zohid
Ulmasbayev “PASHA Holding”in Bakıda təşkil etdiyi “INMerge
Innovation Summit” zirvə toplantısı çərçivəsində deyib.
O vurğulayıb ki, əgər bir şirkətÖzbəkistanda onlayn ticarətlə
məşğul olmaq istəyirsə, o yerli iştirakçıların da riayət etdiyi
eyni qaydalara əməl etməlidir.
“Məsələn, Temu Özbəkistanda marketinq kampaniyasına başladı və
on gün ərzində orada köhnə məhsullarını çox aşağı qiymətə və
Çin-dən pulsuz çatdırılma ilə aktiv satmağa başladı. Nəticədə yerli
oyunçu “Uzum” zərər çəkdi. Hökumət “Temu”ya xəbərdarlıq etdi: bütün
şirkətlərin rəhbər tutduğu eyni qaydalarla işləmək lazımdır.
Vəziyyət belədir: əgər bir şirkət Özbəkistanda onlayn ticarət
biznesi qurmaq istəyirsə, yerli oyunçularla eyni qaydalara əməl
etməlidir”, – deyə o bildirib.
Ulmasbayev qeyd edib ki, yerli marketpleyslər artıq
infrastruktura, istehlakçıların istəklərinin təhlilinə , “son mil”
çatdırılma sisteminə, qaytarma mexanizminə və öz BNPL (indi al,
sonra ödə) strukturlarına sahibdirlər.

