ADSEA: Su şəbəkəsi olmayan yerlərdə evlərin tikilməsi çətinliklər yaradır

Baş səhifə

Bu ilin əvvəlindən su təchizatı sistemlərinə qoşulmaqla bağlı edilmiş 8245 müraciətin 38%-i ləğv edilib.

APA-Economics” xəbər verir ki, bun Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin şöbə müdiri Yusif Əhədi deyib.

O qeyd edib ki, ləğv edilmələrin əsas səbəbləri sənədlərin düzgün təqdim olunmaması və qanunsuz tikililərdir:

“62% müraciət isə icra üçün yönləndirilib. Qərara görə, qoşulma nöqtəsi şəbəkədən 30 metrdən uzaqda olmamalıdır. Amma bəzi hallarda vətəndaşlar su şəbəkəsi olmayan ərazilərdə ev tikir və bu da sonradan çətinliklər yaradır”.