Sürətli pul köçürmələri üzrə daxilolmalar və çıxışlar azalıb

Baş səhifə

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 153.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 319.1 milyon manata bərabər olub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 4% və ya 48.1 milyon manat, banklardan xaricə köçürmələr isə 7.9% və ya 27.4 milyon manat azalıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.