II Azərbaycan-Özbəkistan Media Forumunda etik məsuliyyət mövzusunda müzakirələr aparılıb

Baş səhifə
Media

  • 30 sentyabr, 2025
  • 14:26
II Azərbaycan-Özbəkistan Media Forumunda etik məsuliyyət mövzusunda müzakirələr aparılıb

II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzusunda panel müzakirəsi aparılıb.

“Report” xəbər verir ki, müzakirə zamanı iştirakçılar informasiya məkanının rəqəmsallaşması şəraitində peşə etikası, jurnalistlərin və media şirkətlərinin məsuliyyəti ilə bağlı məsələləri, eləcə də dezinformasiya ilə mübarizə üsullarını və auditoriyanın etimadının artırılması metodlarını müzakirə ediblər.