
Bakı. Trend:
“SOCAR Green” qabaqcıl texnologiyaların inkişafı üzərində
çalışır.
Trend xəbər verir
ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə
eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində
(BCAW2025) çıxışı zamanı deyib.
O qeyd edib ki, söhbət bio-yanacaq, HVO (hidrotəmizlənmiş bitki
yağı), SAF (dayanıqlı aviasiya yanacağı) və həmçinin karbonun
tutulması, istifadəsi və saxlanması texnologiyalarından (CCUS)
gedir.
“Hazırda bu istiqamətlər əsasən tədqiqat mərhələsindədir.
Məsələn, hidrotəmizlənmiş bitki yağı üçün əsas çətinlik istifadə
olunmuş qida yağlarının toplanması ilə bağlıdır. Belə yağların
toplanmasını məcbur edən normativ tələblər olmadığından, onların
toplanma həcmi layihəni hələ kommersiya baxımından səmərəli etmir.
SAF ilə bağlı əsas əngəl isə ilkin investisiyaların yüksək dəyərə
malik olmasıdır. Buna görə də biz bu texnologiya üçün uzunmüddətli
öhdəlikləri təmin etmək məqsədilə aviaşirkətlərlə danışıqlar
aparırıq”.


