Bakı.Trend:
Paytaxtda iki nəfərin həyatını itirməsi ilə nəticələnən qəza baş
verib.
Trend xəbər
verir ki, 29.09.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu,
Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin
qarşısında Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov
Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü
Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillərin iştirakı
ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sonuncu müxtəlif bədən
xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin – 1978-ci il
təvəllüdlü Xankişiyeva Aynurə Elxan qızı aldıqları xəsarətlərdən
səhiyyə müəssisəsində həyatlarını itiriblər.
Bildirilib ki, fakta bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi
ilə cinayət işi başlanaraq istintaqı aparılır.

