Bakı. Trend:
İranın “Hörmüz” şirkəti Sirikdə (Hörmüzqan vilayəti) dörd ədəd
təkmilləşdirilmiş üçüncü nəsil atom elektrik stansiyası qurğusunun
tikintisi və istismarı üçün Rusiyanın “Rosatom” şirkəti ilə 25
milyard dollarlıq icra müqaviləsi imzalayıb.
Trend xəbər verir ki,
imzalanma mərasimi sentyabrın 26-da Moskvada “Beynəlxalq Atom
Enerjisi Həftəsi” çərçivəsində baş tutub.
Bildirilib ki, müqavilə İran İslam Respublikası və Rusiya
Federasiyası arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə
sahəsində birgə əməkdaşlığın inkişafını hədəfləyir.
Bu nəhəng layihə İranın cənub-şərqində, Hörmüzqan vilayətinin
Sirik (Kohestək rayonu) bölgəsində 500 hektar ərazidə həyata
keçiriləcək.
Artıq layihə üçün ərazi seçimi ilə bağlı tədqiqatlar başa çatıb,
hazırda mühəndislik və ekoloji araşdırmalar, həmçinin bəzi hazırlıq
işləri davam etdirilir.

