
Bakı. Trend:
Sentyabrın 28-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni
zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı
sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Bildirilib ki, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli,
Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl,
Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı,
Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar,
Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Qax, Zaqatala, Balakən,
Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay,
Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran,
Astarada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san
təşkil edəcək.
Məlumata görə,Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən,
Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə,
Naftalan və Goranboyda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti
isə 20.8-28.4 m/san-dək güclənəcək.


