Futbol
- 26 sentyabr, 2025
- 12:08

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu üçün indiyədək 27500 bilet satılıb.
Bu barədə “Report”a Azərbaycan klubundan məlumat verilib.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


