Cənubi Koreya Şimali Koreya gəmisinə xəbərdarlıq atəşi açıb

Baş səhifə

Bakı. Trend:

Koreya Respublikasının Silahlı Qüvvələri Sarı dənizdə Şimali
Koreyaya məxsus ticarət gəmisinin Seulun faktiki dəniz sərhədi
hesab etdiyi Şimal Limit Xəttini pozmasına cavab olaraq xəbərdarlıq
atəşi açıb.

Trend-in Yonhap-a
istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla səhər saat
5:00 radələrində Pennyendo adası yaxınlığında baş verib. Əvvəlcə
Cənubi Koreya tərəfi elektron vasitələrlə xəbərdarlıq edib.




Atəş açıldıqdan sonra Şimali Koreya gəmisi bölgəni tərk edib.
Qeyd olunur ki, Pxenyan Şimal Limit Xəttini tanımır.

“Silahlı qüvvələrimiz Şimali Koreyanın hərəkətlərini diqqətlə
izləyib və əməliyyat təlimatlarına uyğun cavab verib. Biz istənilən
vəziyyətə hazırıq və sərhədi müdafiə etməyə davam edəcəyik”, –
Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri bəyan edib.