
Oktyabrın 1-dən əczaçılıq məhsullarına ABŞ-də 100% tarif tətbiq olunacaq.
“Report” xəbər verir ki, ABŞ lideri Donald Tramp bu barədə “Truth Social”da məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton oktyabrın 1-dən bütün markalı və ya patentləşdirilmiş əczaçılıq məhsullarına 100% tariflər tətbiq edəcək.
Tramp əlavə edib ki, artıq ABŞ-də öz fabriklərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar ediləcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


