“Liverpul” Rio Nqumo ilə peşəkar müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

“Liverpul” klubu hücumçu Rio Nqumo ilə müqavilə bağlayıb.

Trend xəbər verir
ki, bu, 2008-ci ildə İngiltərədə anadan olmuş Nquomanın ilk peşəkar
müqaviləsidir və 2028-ci ilin iyununa qədər qüvvədə olacaq.




17 yaşlı oyunçu 2024-cü ildə “Çelsi” akademiyasından “Liverpul”a
qoşulub. O, bu mövsüm əsas komandanın heyətində bütün yarışlarda
dörd oyunda iştirak edib. Premyer Liqanın ikinci turunda
“Nyukasl”la matçda (3:2) qələbə qolunu vuraraq klub tarixində ən
gənc qol vuran oyunçu olub.

Qeyd olunur ki, Nqumo “Liverpul”da debütünü İngiltərə Kuboku
çərçivəsində “Akrinqton”a qarşı (4:0) edib.