“Kanal 13” internet televiziyasının rəhbəri vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Hazırda həbsdə olan “Kanal 13” internet televiziyasının rəhbəri
Əziz Orucov vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə
müraciət edib.

Trend xəbər
verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə müraciət
təmin etməyib.




Qeyd edək ki, Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum
edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş
mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi
üzərində özbaşına tikinti) maddəsi ilə ittiham irəli sürülüb.