
Türkiyədə kömür mədəni çöküb, dağıntılar altında qalanlar var.
Metbuat.az Türkiyə KİV- nə istinad edərək xəbər verir ki, hadisə Zonquldağ vilayətində baş verib.
İlkin məlumata görə, hadisə zamanı 5 işçi dağıntılar altında qalıb. Onlardan 3-ü artıq xilas edilib, 2 işçinin taleyi üçün xilasetmə işləri davam edir.
Hadisə yerinə çoxsaylı xilasedici və təcili yardım briqadaları göndərilib.
İşçilərin vəziyyəti barədə dəqiq məlumat hələ açıqlanmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


