Bakı. Trend:
Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici
işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Marko Rubio
Ukraynadakı münaqişənin uzunmüddətli əsaslarla həlli üçün mühüm
addımların atılmasının vacibliyini vurğulayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin
mətbuat xidmətinin rəhbər müavini Tommi Piqottunun açıqlamasında
bildirilib.
Bildirilib ki, Dövlət katibi “Prezident [Donald] Trampın insan
tələfatına son qoymağa və “Moskvanın Ukraynadakı münaqişənin
uzunmüddətli nizamlanmasına nail olmaq üçün mənalı addımlar atmağa”
çağırışını təkrarladı.
Lavrov və Rubio arasında Nyu-Yorkda keçirilən görüş mətbuata heç
bir açılış sözü olmadan başlayıb və bağlı qapılar arxasında
keçirilib. Görüş 50 dəqiqədən çox davam etdi.

