Region
- 24 sentyabr, 2025
- 15:02

Ukrayna Silahlı Qüvvələrinin Novorossiyskin mərkəzinə hücumu nəticəsində iki nəfər həlak olub, üç nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə istinadən bildirib.
“Pilotsuz uçuş aparatları vasitəsilə şəhərin mərkəzinə zərbə endirilib. Şəhərin mərkəzi hissəsinə, “Novorossiysk” mehmanxanası ərazisinə hücum edilib”, – o qeyd edib.
Pilotsuz uçuş aparatının qalıqları beş evin və “Novorossiysk” mehmanxanasının fasadını zədələyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


