
Bakı.Trend:
Statistika yalnız iqtisadiyyat deyil, cəmiyyətin bütün
sahələrinin dünənini, bu gününü və sabahını proqnozlaşdırmaq üçün
əsas baza yaradır.
Trend xəbər
verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən “Statistikanın
inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda
3-cü Beynəlxalq Statistika Forumunda deyib.
Ə. Əsədov bildirib ki, statistika yalnız iqtisadiyyat deyil,
cəmiyyətin bütün sahələrinin dünənini, bu gününü və sabahını
proqnozlaşdırmaq üçün əsas baza yaradır.
Baş nazir həmçinin qeyd edib ki, rəqəmsal inkişaf, İT
texnologiyalar və süni intellekt statistikanı daha dəqiq, çevik və
əlçatan edir:
“Bu forumda yeni layihələr və yanaşmaların müzakirəsi sahənin
daha da təkmilləşməsinə töhfə verəcək”.

