“Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs verəcək – Nazir

Baş səhifə

Bakı. Trend:

“Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs
verəcək.

Trend
xəbər verir, bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən
panel sessiyada deyib.




““Sea Breeze Health Valley” yalnız səhiyyə layihəsi deyil. Eyni
zamanda, bu sahəni artımın əsas sütununa çevirəcək və milli
iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək. Bu layihə yeni
səhiyyə iqtisadiyyatı və maliyyələşdirmə modelləri üçün əsas
istiqamətlərdən biridir”, – deyə Teymur Musayev əlavə edib.

Nazir qeyd edib ki, layihə tibbi turizm və elmi tədqiqatlar üzrə
beynəlxalq mərkəz olmaqla yanaşı, regional tibb operatorlarını
birləşdirərək yeni əməkdaşlıq imkanları yaradacaq.