İraq dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

”Resmixeber.az” President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə və hörmətli ailənizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı, uğurlar, səxavətli xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirik.

Bu fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğumuzu bir daha bildiririk”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir