Şəxsi yeraltı keçid “Bakı Metropoliteni”nin sərnişinlərinə təhlükə yaradır

AKTUAL Baş səhifə

Vətəndaşların təhlükəsizliyi və həyat şəraitinin yaxşılaşdırılması ölkəmizdə daim diqqət mərkəzində saxlanılan aktual məsələlərdir.

Ancaq insanlar üçün potensial təhlükə halları da var və təəssüf ki, bəzi hallarda bu məqamlara lazımi diqqət yetirilmir.

Bunu əyani şəkildə təsdiqləyən faktlardan biri də Caliber.Az-ın redaksiyasına daxil olan şikayətlə bağlıdır.

Şikayət Bakının Yasamal və Nəsimi rayonlarının sərhədində yerləşən metronun “20 Yanvar” stansiyasının yeraltı piyada keçidində yaranmış dözülməz vəziyyətlə bağlıdır.Bakı metrosunun əksər stansiyalarında bütün pərakəndə satış obyektləri 10 ildən artıqdır ləğv edilib, indi orada yalnız apteklər və gül mağazaları fəaliyyət göstərir. Amma nədənsə bu qadağa “20 Yanvar” stansiyasına şamil edilməyib. Bu ərazidə yerləşən yeraltı keçiddə şıdırğı alver gedir və onun nə zaman bitəcəyi də məlum deyil. Hazırda böyük mağazaların fəaliyyətini davam etdirdiyi yeganə yer metronun “20 Yanvar” stansiyasıdır və biz sərnişinlər hər gün orada sıxlıqla üzləşmək məcburiyyətindəyik.

Ticarətçilərin öz mallarını mağazanın önünə çıxarıb piyadaların yolunu kəsməsi geniş yayılıb ki, bu da metro sərnişinlərinin normal hərəkətinə mane olur. Bütün digər stansiyalarda olduğu kimi, niyə ən işlək stansiyalardan birinin keçidində nizam-intizam bərpa olunmur?” – deyə oxucu sual edir.Nəzərə alsaq ki, metro strateji əhəmiyyət kəsb edən obyektdir və fövqəladə hadisə baş verdikdə yüz minlərlə insanın xilası üçün bomba sığınacağı rolunu oynamalıdır, metro keçidlərinin alış-veriş meydançalarına çevrilməsi son dərəcə təhlükəlidir. Fövqəladə hadisə, məsələn, yanğın baş verdikdə, stansiyanın uzun piyada keçidinin yarısının mağazalar tərəfindən daralması səbəbindən sərnişinləri sürətlə təxliyə etmək və onları yerin səthinə çıxarmaq son dərəcə çətin olacaq. Nəticədə əzilmək faciəli nəticələrə səbəb ola bilər!

Hətta Bakı metropolitenindəki beşvaqonlu bir qatarda 1500-ə yaxın sərnişin var və onları təxliyə etmək asan məsələ deyil. “20 Yanvar” stansiyası isə metropolitendə ikinci ən işlək stansiyadır, təkcə iyulda bütün metro sərnişinlərinin 7.9%-i, yəni ayda 2 milyon 100 mindən çox insan (gündə təxminən 70 min sərnişin) buradan istifadə edib. Rəsmixeber.az,Oxu -az-a istinadən  bildirir ki,

Bunu əyani şəkildə təsdiqləyən faktlardan biri də Caliber.Az-ın redaksiyasına daxil olan şikayətlə bağlıdır.

Şikayət Bakının Yasamal və Nəsimi rayonlarının sərhədində yerləşən metronun “20 Yanvar” stansiyasının yeraltı piyada keçidində yaranmış dözülməz vəziyyətlə bağlıdır.



“Bakı metrosunun əksər stansiyalarında bütün pərakəndə satış obyektləri 10 ildən artıqdır ləğv edilib, indi orada yalnız apteklər və gül mağazaları fəaliyyət göstərir. Amma nədənsə bu qadağa “20 Yanvar” stansiyasına şamil edilməyib. Bu ərazidə yerləşən yeraltı keçiddə şıdırğı alver gedir və onun nə zaman bitəcəyi də məlum deyil. Hazırda böyük mağazaların fəaliyyətini davam etdirdiyi yeganə yer metronun “20 Yanvar” stansiyasıdır və biz sərnişinlər hər gün orada sıxlıqla üzləşmək məcburiyyətindəyik.

Ticarətçilərin öz mallarını mağazanın önünə çıxarıb piyadaların yolunu kəsməsi geniş yayılıb ki, bu da metro sərnişinlərinin normal hərəkətinə mane olur. Bütün digər stansiyalarda olduğu kimi, niyə ən işlək stansiyalardan birinin keçidində nizam-intizam bərpa olunmur?” – deyə oxucu sual edir.



Nəzərə alsaq ki, metro strateji əhəmiyyət kəsb edən obyektdir və fövqəladə hadisə baş verdikdə yüz minlərlə insanın xilası üçün bomba sığınacağı rolunu oynamalıdır, metro keçidlərinin alış-veriş meydançalarına çevrilməsi son dərəcə təhlükəlidir. Fövqəladə hadisə, məsələn, yanğın baş verdikdə, stansiyanın uzun piyada keçidinin yarısının mağazalar tərəfindən daralması səbəbindən sərnişinləri sürətlə təxliyə etmək və onları yerin səthinə çıxarmaq son dərəcə çətin olacaq. Nəticədə əzilmək faciəli nəticələrə səbəb ola bilər!

Hətta Bakı metropolitenindəki beşvaqonlu bir qatarda 1500-ə yaxın sərnişin var və onları təxliyə etmək asan məsələ deyil. “20 Yanvar” stansiyası isə metropolitendə ikinci ən işlək stansiyadır, təkcə iyulda bütün metro sərnişinlərinin 7.9%-i, yəni ayda 2 milyon 100 mindən çox insan (gündə təxminən 70 min sərnişin) buradan istifadə edib.



Bəs bu qəbuledilməz vəziyyətin ortaya çıxmasına kim icazə verib?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropoliteninin bu keçidlə heç bir əlaqəsi yoxdur:

“Bakı Metropoliteni” bu keçiddə ticarət üçün icazələrin verilməsində iştirak etmir və onunla heç bir əlaqəsi yoxdur”.

Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, icra hakimiyyəti orqanının da bu keçidə heç bir aidiyyəti yoxdur və qurum orada yalnız sanitar təmizliyə cavabdehdir.

Beləliklə, uzun müddətdir təhlükəli vəziyyət davam edir: paytaxtın ikinci ən işlək metro stansiyasında sərnişinlər üçün potensial təhlükə yaradan yeraltı ticarət mərkəzi yerləşir və bu problemə diqqət yetirilmir.

Əlbəttə, burada mübahisə etmək də olar: keçid mağazalardan təmizlənsə, 100-ə yaxın satıcı harada işləyəcək? Amma axı indi 90-cı illər deyil – paytaxtda kifayət qədər ticarət mərkəzləri var.

Dövlət qurumlarından biri tərəfindən isə məxfi olaraq bildirilib ki, keçid özəlləşdirildiyi üçün əslində şəxsi mülkiyyətdir və sahibi dükanları ticarətçilərə icarəyə verir.

“Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanovun bildirdiyinə görə, cəmiyyət “20 Yanvar” stansiyasının keçidindəki köşklərin yığışdırılması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib.

“Lakin bu strukturlar müraciətimizə qənaətbəxş cavab vermədilər. Belə ticarət köşkləri yalnız “Bakı Metropoliteni” QSC-yə aid olmayan, özəl mülkiyyətdə olan “20 Yanvar” stansiyasının keçidində mövcuddur”, – deyə baş mühəndis qeyd edib və bununla da Bakıda şəxsi keçidin olması barədə məlumatları təsdiqləmiş olub.

Beləliklə, tərəzinin bir gözünə kommersiya maraqları, digər gözünə isə Bakı metropoliteni sərnişinlərinin təhlükəsizliyi qoyulur. Bəs hansı daha vacibdir? Belə bir təsəvvür yaranır ki, hələlik üstünlük maddiyyata verilir.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir