Dolların bahalaşacağı ilə bağlı açıqlama

AKTUAL

Son zamanlar ölkə banklarının bir çoxunda dollar satışının məhdudlaşdırıldığı xəbərləri yayılır. Buna səbəb isə yaxın vaxtlarda dolların bahalaşacağı göstərilir. Hətta avronun bahalaşmasının da məhz bununla əlaqədar olduğu qeyd edilir.

Doğrudanmı Azərbaycanda dollar bahalaşır?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Rövşən Ağayev yaxın vaxtlarda Azərbaycanda dolların bahalaşmasını real saymadığını bildirib.

Onun sözlərinə görə, dolların bahalaşması üçün heç bir iqtisadi əsaslar yoxdur:

Rövşən Ağayev

“Ölkəyə gələn dollar kütləsinin həcmi ölkədən çıxarılan valyuta kütləsinin həcmindən kifayət qədər çoxdur. Bundan başqa, Azərbaycanın valyuta ilə olan xarici borcları ciddi şəkildə azalıb. Belə bir risklərin olmadığı şəraitdə dollar necə bahalaşa bilər?! Neftin qiyməti faktiki olaraq 80 dolların üzərindədir. Daxildə dollara tələbat hər nə qədər çox olsa belə, yenə də ölkəyə gələn valyutanın həcmindən qat-qat aşağıdır. Belə şərtlər daxilində dolların bahalaşması üçün ciddi risk görmürəm”.

İqtisadçı dolların hansı halda bahalaşacağını açıqlayıb:

“Dollar o halda bahalaşa bilər ki, Azərbaycana gələn xarici valyutanın həcmi kəskin şəkildə azalsın, neftin qiyməti də 50 dollardan aşağı düşsün. Bu isə ən azı 6 ay və ya 1 il belə davam etməlidir ki, dollar bahalaşsın. Bundan başqa, ölkənin xarici borcları kəskin şəkildə artarsa, öz borclarına xidmət edə bilməzsə, o zaman bahalaşma baş verə bilər”.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir