“Fənərbağça” U-19 komandası “Giresunspor”u məğlub etdi

Dünya

“Fənərbağça” U-19 komandası “Giresunspor”lu həmyaşıdlarına 4:1 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, “Fənərbağça”nın qollarını 32-ci dəqiqədə Emirhan Arkutçu, 67-ci dəqiqədə Muhammet Zeki Dursun, 79-cu dəqiqədə Yiğit Emre Ekiz vurublar və 90+3 dəqiqədə penaltidə Efekan Karayazı fərqlənib. Qonaq komandanın yeganə qolunu isə 18-ci dəqiqədə Caner Akbayrak vurub.

Bu nəticə ilə xallarını 39-a yüksəldən “Fənərbağça” liderliyini qoruyub. “Giresunspor” isə yeddi xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Fənərbağça” bir neçə saat sonra “Qalatasaray”la Türkiyə Super Kuboku finalına çıxacaq.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir