Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan qadının məhkəməsi başlayır – VİDEO

Kriminal

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

“Report”un əldə etdiyi məlumata görə, Validə Yusifova Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 274-cü (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir