Rusiyada tələbə şagirdi güllələdi

Dünya


Rusiyanın Tümen vilayətində kollec tələbəsi ov tüfəngi ilə 14 yaşlı məktəblini güllələyib.

Məlumata görə, insident İşim çayının sahilində baş verib. Yaxınlıqdakı kəndlərdən birində yaşayan İşim Texnikumunun 2-ci kurs tələbəsi kənd məktəbinin 8-ci sinif şagirdini ov tüfəngi ilə sinəsindən güllələyib. Sonradan məlum olduğu kimi, silah qeydiyyata alınmayıb.

Çay sahilində baş verənlərlə bağlı detallar aydınlaşdırılır. Hələlik hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səhlənkarlıq ucbatından baş verdiyini ehtimal edirlər.

Tələbə barəsində cinayət işi açılıb. Onun barəsində heç bir qabaqlayıcı tədbir seçilməyib. Xəsarət alan şagird isə xəstəxanadadır.

Mənbə: tsargrad.tv

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir